Yalançı hamiləlik nədir?

Yalançı hamiləlik nədir?

Yalançı hamiləlik, hamilə olmayan bir qadının hamilə olduğuna inanması və hamiləlik əlamətlərinə oxşar tapıntıları yaşaması olaraq təsvir edilə bilər. Qusma, bulantı, qarnın böyüməsi kimi əlamətlərlə ortaya çıxan bu vəziyyət, tibbdə ‘’pseudocyesis’’ olaraq adlanır. Ancaq yalançı hamiləlik hadisəsi, fərdin psixoloji pozuntuları nəticəsində fiziki fakt olaraq üzə çıxmasıdır. Çoxu qadın hamiləlik əlamətləriylə hamilə olduğunun yanılmasına düşərkən, hamiləlik testinin mənfi çıxmasıyla yalançı hamiləliyin diaqnozu qoyular.

Yalançı hamiləlik vəziyyətləri təxmini olaraq 22.000 qadın arasından, yalnız 1-6-sında rast gəlinən olduqca nadir görülən bir hadisədir. Bu vaka ümumiyyətlə qadınlarda görülsə də, bəzi kişilərdə də yaşanır. Bu vəziyyətə kişi lohusalığı adı verilir. Ümumiyyətlə həyat yoldaşı hamilə olan ata namizədlərinin, həyat yoldaşına və hamiləlik müddətinə çox adaptasiya olmasından qaynaqlanır. Hamiləlik müddəti ərzində həyat yoldaşı ilə birlikdə eyni əlamətləri göstərə bilər. Xüsusilə ürək bulantısı, çəki artımı və qarın şişliyi kimi hamiləlik əlamətlərini daşıya bilər.

Yalançı hamiləliyin əlamətləri nələrdir?

Yalançı hamiləliyin, normal hamiləliklərdən ayırt edilə bilməyəcəyi əlamətlər:

  • Aybaşı görə bilməmə
  • Qarının şişməsi
  • Çəki artımı
  • Bulantı və qusma
  • Körpənin hərəkətlərinin hiss edilə bilməməsi vəziyyəti
  • Dolğunlaşan döşlər, məmə ucları daxil eyni süd ifraz edəcəkmiş kimi dəyişər.

Yalançı hamiləlik ümumiyyətlə bir iki ay çəkərkən, bəzi xəstələrdə 9 aya qədər davam edir. Bəzi vəziyyətlərdə isə yalançı hamiləliyin uzun illər ərzində çəktiyi görülmüşdür. Ümumi olaraq doğum sancısı hiss edib, həkimə müraciət edildiyi zaman yalançı hamiləlik ortaya çıxır. Yalançı hamiləliyin, insanları aldatmaqla ya da şizofreniya hadisələriylə hər hansı əlaqəsi yoxdur. Yalançı hamiləlik vəziyyətləri içərisində olan qadınlar, hamilə ana namizədi təqlidi etməzlər. Fizioloji olaraq beyinlerinin qrşılarına qoyduğu əlamətlərdən ötəri özlərinin  həqiqətən hamilə olduqlarını zənn edərlər.

Yalançı hamiləlik necə başa düşülər?

Yalançı hamiləlik vəziyyətini ən asan və tez bir şəkildə təyin edən üsul, ultrasəsdir. Qadın doğum mütəxəssisinin nizamlı olaraq etmiş olduğu ultrasəs müayinələri nəticəsində körpəyə aid ürək atışlarının olmadığını rahatlıqla fərq edə bilər. Hamiləlik kisəsinin boş olduğunu və hamiləliyin olmadığını görən həkim, bu vəziyyətdə yalançı hamiləlik diaqnozunu qoyar.

Yalançı hamiləlik necə və niyə olar?

Yalançı hamiləlik, insan psixologiyasının bədəni şəkillədirəcək bir səviyyədə təsirə sahib olduğunun ən açıx göstəricisidir. Beyində talamusun altında olan və üçüncü ventrikülün dabanını meydana gətirən önbeyin bölgəsində yer alan hipotalamusun təsiri ilə yaşanır. Hipotalamus, hipofiz bezi vasitəsilə beyin və endokrin sistemi arasındakı əlaqəni təmin edər. Bu səbəblə yaşanan psixoloji təsirlərin, xormonlar ilə əlaqəli olaraq inkişaf etməsinə səbəb olar.

Yalançı hamiləliyin ortaya çıxmasına səbəb olan psixoloji proseslər aşağıdaki kimidir:

  • Hamilə qalmaya və körpə sahibi olmaya bağlı irəli dərəcədə bir istəyin olması ya da qorxu hiss edilməsi
  • Daha əvvəlki hamiləliklərin uşaq salma ilə nəticələnməsi
  • Hamiləliklə əlaqəli travmalar
  • Cinsiyyətlə əlaqəli ziddiyyətli duyğular yaşamaq
  • Tüblərin bağlanması və ya rəhimin cərrahi bir müdaxilə ilə alınmış olmasından sonra yaşanan ağır kədər halı

Yalançı hamiləlik, ümumiyyətlə hamilə olmayı çox istəyən, infertilite problemlərindən ötəri körpə sahibi ola bilməyən və menopoza girən qadınlar tərəfindən yaşanır. Evlənmək istəyib evlənə bilməyən qadınlarda bu istəyin sıx olması halında, yalançı hamiləlik vəziyyətinə rast gəlinər. Qısaca; qadınların körpə sahibi olma istəyi istiqamətində beyinlərinin hamiləlik mövzusundakı əlamətlərin reallaşması diyilə bilər. Hamiləliyin başlıca əlamətləri ortaya çıxarkən, hamiləlik müddətinin də yaşanmasına səbəb ola bilər. Ancaq bu vəziyyət əlamətlərlə məhdud qalmaz. Edilən araşdırmalar nəticəsində, hamiləliyin olmadığı təsbit edilir.

Yalançı hamiləlik vəziyyətində edilməsi lazım olan müalicə üsulu nədir?

Yalançı hamiləlik psixoloji bir təsirin nəticəsi olması səbəbiylə, psixiatr ilə mütəxəsiss bir ginekoloq tərəfindən aparılması lazım olan, müalicəni əhatə edər. Mənfi çıxan hamiləlik testlərindən sonra, yalançı hamiləlik yaşayan xəstəyə dikkatli ve sevecen bir şekilde aktarılması gerekir. Ümumiyyətlə bu yanaşma hamiləlik əlamətlərinin geriləməsinə səbə olar. Ayrıca yalançı hamiəliyin təməlində yatan psixoloji funksiya pozuntularının müalicə edilə bilməsi üçün dəstəkləyici psixoterapiya tətbiqi tövsiyə edilir. Egər bu vəziyyət hamiləlik testinin mənfi nəticələnməsinə baxmayaraq davam edirsə, xəstəyə tətbiq olunan antipsixotik dərmanlarla müsbət nəticələr alına bilər.

Şərhlər

Bir yorum yazınız